Medianews.az
Okan Buruk İkardini
89 baxış

Okan Buruk İkardini SİLDİ

Mauro İkardinin "Qalatasaray"dakı gələcəyi ətrafında yaranan qeyri-müəyyənlik Türkiyə futbol gündəmini qarışdırıb.

Medianews.az milli.az-a istinadən xəbər verir ki, komandanın baş məşqçisi Okan Buruk argentinalı hücumçu ilə bağlı rəhbərliyə diqqətçəkən hesabat təqdim edib.

Məlumatda bildirilir ki, Buruk klub prezidenti Dursun Özbekə təqdim etdiyi hesabatda İkardinin komandadakı performansı ilə bağlı narazılığını ifadə edib. İddialara əsasən, təcrübəli çalışdırıcı "İkardi ilə oynadığımız dönəmdə həm xal ortalamamız, həm də oyun gücümüz aşağı düşürdü" fikrini səsləndirərək futbolçunun göndərilməsini istədiyini bildirib.

Digər tərəfdən, "Qalatasaray" rəhbərliyinin futbolçunun gələcəyi ilə bağlı danışıqlara başladığı vurğulanır. Argentinalı ulduzun agenti Pinonun İstanbula dəvət olunduğu və yaxın günlərdə tərəflər arasında vacib görüşlərin keçiriləcəyi qeyd edilir.

İddialara görə, İstanbul təmsilçisi İkardiyə maaşında təxminən 50 faiz endirim etməyi təklif etməyi planlaşdırır. Lakin futbolçunun komandada qalacağı halda daha çox oyun şansı ilə bağlı təminat istədiyi bildirilir.

Klub rəhbərliyinin yekun qərarı verməkdə ehtiyatlı davrandığı da qeyd olunur. Belə ki, Mauro İkardinin azarkeşlər arasında böyük populyarlığa sahib olması rəhbərliyi düşündürür. Onun komandadan ayrılması halında fanatların sərt reaksiyası ilə qarşılaşa biləcəkləri iddia edilir.

Hazırda tərəflər arasında keçiriləcək görüşlərin nəticəsi gözlənilir. İkardinin "Qalatasaray"dakı taleyinin məhz həmin danışıqlardan sonra dəqiqləşəcəyi bildirilir.

Bizə qoşulun