Medianews.az
Oğuzda mikroavtobus ağaca çırpıldı -
68 baxış

Oğuzda mikroavtobus ağaca çırpıldı - Ölən və yaralananlar var

Oğuzda ölümlə nəticələnən yol qəzası olub.

“Qafqazinfo”nun məlumatına görə, hadisə Qaraməryəm-İsmayıllı-Şəki magistral yolunun Sincan kəndi ərazisindən keçən hissəsində baş verib.

Belə ki, hərəkətdə olan “Vito” markalı mikroavtobus idarəetmədən çıxaraq ağaca dəyib.

İlkin məlumata görə, qəza zamanı 1 nəfər ölüb, bir neçə nəfər isə müxtəlif dərəcəli bədən xəsarətləri alaraq, Oğuz Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.

Bizə qoşulun