Medianews.az
Ordubadda avtobus qəzası:
61 baxış

Ordubadda avtobus qəzası: Yüzlərlə abonentin qaz təchizatı dayandırıldı

Ordubad rayonunda avtobus qaz xəttinə çırpılıb. Qəza zamanı ortatəzyiqli dairəvi qaz xətti zədələnərək sıradan çıxıb.

Medianews.az xəbər verir ki, hadisədən sonra təhlükəsizlik tədbirləri çərçivəsində M.F.Axundov küçəsində yerləşən Kolanı kəndində 157 abonentin qaz təchizatı müvəqqəti olaraq dayandırılıb.

Eyni zamanda Nüsnüs kəndində 516, Yuxarı və Aşağı Əndəmic kəndlərində 416, eləcə də Gənzə və Anabat kəndlərində 335 abonentdə qazın təzyiqində azalma qeydə alınacaq.

Qaz xəttində aparılan bərpa işləri başa çatdıqdan sonra ərazidə təbii qazın verilişi tam şəkildə bərpa ediləcək.

Bizə qoşulun