Medianews.az
Oğuzda mikroavtobus qəzası nəticəsində ölən və xəsarət alanların
75 baxış

Oğuzda mikroavtobus qəzası nəticəsində ölən və xəsarət alanların kimliyi məlum olub

Oğuzda mikroavtobusun qəzaya uğraması nəticəsində ölən və xəsarət alanların kimlikləri məlum olub.

"Report"un Şimal-qərb bürosunun məlumatına görə, rayonun Sincan kəndində "Mercedes Vito" markalı mikroavtobusun sürücüsü Mahama Dibirovun idarəetməni itirməsi nəticəsində nəqliyyat vasitəsi ağaca çırpılıb. Nəticədə avtomobildə olan sərnişin, Balakən rayonunun Qazma kənd sakini, 64 yaşlı Şadnus Hümbətov aldığı xəsarətlərdən hadisə yerində ölüb.

Qəza zamanı habelə daha 6 nəfər - 1960-cı il təvəllüdlü Natalya Tahirova, 1961-ci il təvəllüdlü Cəmilə Əhmədova, 2007-ci il təvəllüdlü Qurban Mirzəyev, 1972-ci il təvəllüdlü Azad Puçaxov, 1960-cı il təvəllüdlü Xədicəmaral Xəlilova və 1958-ci il təvəllüdlü Cənnətey Qumbarova xəsarət alıblar.

Yaralılar Oğuz Rayon Mərkəzi Xəstəxanasına yerləşdiriliblər.

Faktla bağlı cinayət işi başlanılıb, araşdırmalar aparılır.

Bizə qoşulun