Medianews.az
Gəlinə kilo-kilo qızıl taxıldı, pullar sandıqlara sığmadı
77 baxış

Gəlinə kilo-kilo qızıl taxıldı, pullar sandıqlara sığmadı

Şanlıurfada keçirilən möhtəşəm aşirət toyunda gəlinə kiloqramlarla qızıl taxılıb, qonaqlar isə mərasim boyunca dəstələrlə pul saçıb.

BAKU.WS xəbər verir ki, toyda keçmiş AK Parti Şanlıurfa millət vəkili Zülfüqar İzolun qardaşı nəvəsi – vəkil Kahraman Zülfüqar İzol ilə Mesud Barzaninin nümayəndəsi Abdülkərim Barzaninin vəkil qızı Nazdar Barzani ailə həyatı qurub.

Mərasimdə bölgənin tanınmış aşirət liderləri və minlərlə qonaq iştirak edib. Səhnədə İzzet Yıldızhan və sıra gecəsi qrupu çıxış edərkən, qonaqlar cütlüyün ətrafına toplanaraq pul səpib, toplanan məbləğ sandıqlara yığılmaqla belə çətinlik yaradıb.

Gəlinə taxılan qızıllar arasında cumhuriyyət qızılları, qızıl kəmər, gerdanlıqlar, almaz üzük və qızıl tac yer alıb. Qızılların ağırlığı səbəbi ilə gəlin bir müddət sonra oturmaq məcburiyyətində qalıb. Toy gecə saatlarına qədər davam edib və yüksək dəbdəbəsi ilə diqqət çəkib.

Bizə qoşulun