Medianews.az
Ukrayna prezidentinin işdən çıxarılan aparat rəhbəri
80 baxış

Ukrayna prezidentinin işdən çıxarılan aparat rəhbəri Andrey Yermak haradadır?

Korrupsiya qalmaqalından sonra işdən çıxarılan Ukrayna prezidentinin aparat rəhbəri Andrey Yermak "heç yerə getməyib" və hər axşam Konça-Zaspadakı iqamətgahında Volodimir Zelenski ilə ünsiyyət qurur.

Oxu.Az xəbər verir ki, məlumatı ZN.ua yayıb.

Mənbələrin bildirdiyinə görə, Zelenski özü ofisini birbaşa idarə etməyə hazırdır. Prezident analitik bölməni mövcud strukturlar, o cümlədən Milli Təhlükəsizlik və Müdafiə Şurası arasında bölüşdürüb, A.Yermak isə yalnız texniki funksiyaları icra edir.

Nəşrin yazdığına görə, "Xalqın qulluqçusu" fraksiyasının lideri David Araxamiya, Baş nazir Yuliya Sviridenko, baş nazirin birinci müavini Mixail Fyodorov, Baş Kəşfiyyat İdarəsinin rəisi Kiril Budanov və başqalarının prezidentlə daha tez-tez görüşsələr də, heç kim A.Yermakı proseslərdən tamamilə kənarlaşdırmağa tələsmir.

Bizə qoşulun