Gəncədə Vətən müharibəsi iştirakçısı vəfat edib.
Medianews.az qafqazinfo-ya istinadən xəbər verir ki, 44 günlük Vətən müharibəsi qazisi olan 1987-ci il təvəllüdlü Aslan Yevgeni oğlu Zeynalovun yas mərasimində Gəncə şəhəri Kəpəz və Nizami bələdiyyələrinin sədrləri, şəhid ailələrinin üzvləri, qazilər, mərhumun döyüş yoldaşları, eləcə də şəhər ictimaiyyətinin nümayəndələri iştirak ediblər.
Aslan Zeynalov Gəncə şəhər Şəhidlər xiyabanı kompleksindəki qəbiristanlıqda torpağa tapşırılıb.
Qeyd edək ki, mərhum 1992-ci ildə Birinci Qarabağ müharibəsində itkin düşən Yevgeni Zeynalovun oğludur. Ailə üzvlərini itirən Aslan Zeynalovun bir övladı yadigar qalıb.
.jpg)
.jpg)
.jpg)
.jpg)