Medianews.az
Niderlandda ilk:
154 baxış

Niderlandda ilk: 12 yaşdan kiçik uşaq evtanaziya edildi

Niderlandda ilk dəfə olaraq 12 yaşdan kiçik uşaq 2024-cü ildən etibarən 1 yaşdan 12 yaşa qədər olan xəstələrin həyatına aktiv şəkildə son qoyulmasına imkan verən qaydalara əsasən, evtanaziya edilib. Söhbət vəziyyətinin yüngülləşdirilməsinin qeyri-mümkün olduğu ölümcül xəstə uşaqlardan gedir.

Bu barədə Polşanın "Dorzeczy" portalı məlumat verib.

Lakin mövcud qaydalara baxmayaraq, rezonans doğuran hadisə prokurorluğa qədər gedib çatıb. Niderland səhiyyə naziri Sofi Hermansın sözlərinə görə, evtanaziya ilə bağlı müraciət bu cür halların qiymətləndirilməsi üzrə xüsusi komissiyaya daxil olub. Orqan sənədləşməni analiz edib və prosedurda iştirak edən həkimlə danışıb.

Hazırda komissiyanın rəyi prokurorluğa göndərilib. Məhz müstəntiqlər həkimin qanunauyğun hərəkət edib-etmədiyinə qərar verəcəklər. Hakimiyyət orqanları uşaq haqqında heç bir detal açıqlamayıblar. Onun neçə yaşında olduğu, cinsi və ya hansı xəstəlikdən əziyyət çəkdiyi məlum deyil.

Jurnalistlər qeyd edirlər ki, qaydalara əsasən, evtanaziya yalnız yaxın gələcəkdə ölümü gözlənilən uşaqlara tətbiq edilə bilər. Qaydalar beyin, ağciyər və ürəyin ağır anadangəlmə qüsurları, eləcə də ciddi metabolik xəstəliklər hallarında tətbiq edilir.

Bu prosedurun əleyhdarları israr edirlər ki, söhbət öz iradəsini sərbəst şəkildə ifadə edə bilməyən uşaqlardan gedir. Bəzi ekspertlər ona diqqət çəkiblər ki, hər bir proseduran yekun qiymətləndirilməsi tibbi komissiyaya deyil, prokurorluğa aiddir və bu da cinayət məsuliyyəti qorxusu yarada bilər./oxu.az

Bizə qoşulun