Medianews.az
"Neftçi"nin sabiq baş məşqçisi Monteneqro klubu ilə anlaşıb
66 baxış

"Neftçi"nin sabiq baş məşqçisi Monteneqro klubu ilə anlaşıb

"Neftçi"nin sabiq baş məşqçisi Miodraq Bojoviç Monteneqro klubu ilə anlaşıb.

"Report" "Vijesti"yə istinadən xəbər verir ki, mütəxəssis "Buduçnost"un baş məşqçisi təyin ediləcək.

19 turdan sonra 10 komanda aarasında 7-ci yerdə qərarlaşan "Buduçnost" cari mövsümdə artıq 4 baş məşqçi dəyişdirib.

Qeyd edək ki, Miodraq Bojoviç 2023/2024 mövsümündə "Neftçi"ni çalışdırıb. Paytaxt klubu onun rəhbərliyi altında mövsümü 5-ci pillədə bitirib və avrokuboklardan kənarda qalıb.

Bizə qoşulun