Medianews.az
Hondurasa prezident seçildi
64 baxış

Hondurasa prezident seçildi

Hondurasda keçirilən prezident seçkilərində 25 gün davam edən səslərin sayılması prosesi başa çatıb və ABŞ prezidenti Donald Trampın xüsusilə bəyəndiyi namizəd, mühafizəkar iş adamı Nəsri Tito Azura qalib elan edilib.

Musavat.com xarici mediaya istinadla xəbər verir ki, bununla belə, Hondurasda Azuranın seçkilərinin legitimliyi ilə bağlı şübhələr ifadə olunur.

Bildirilir ki, Azura seçici səslərinin 40,26%-ni toplayıb. O, əsas rəqibi, eyni zamanda sağçı namizəd Salvador Nəsrullanı bir faizdən az fərqlə məğlub etdi: Nəsrullanın səs sayı 39,54% oldu. Qalan 19% hakim “Azadlıq və yenidənqurma partiyası”nın namizədi Rixi Moncadaya səs verib. Moncada əqidəsinə görə solçu və köklü honduraslıdır. Lakin ölkə vətəndaşları hər ikisi immiqrant ailələrindən olan iki sağçı siyasətçi arasında seçim etməyi üstün tutublar. Azura və Nəsrullanın fələstinli xristianlar olduğu bildirilir.

"Honduras xalqı, mən idarə etməyə hazıram, sizi məyus etməyəcəyəm", - deyə yeni prezident sosial mediada yazıb. Onun qələbəsi həm də Trampın qələbəsi demək olub. ABŞ prezidenti birbaşa müraciət edərək, honduraslıları "düzgün namizədə", yəni Azuraya səs verməyə çağırmışdı. Tramp bu namizədin qalib gəlməsini çox istəyirdi.

İlkin nəticələr dərc edildikdən sonra seçki komissiyasına qarşı təhdidlər səsləndirilərkən, Ağ Ev rəhbəri xəbərdarlıq edib ki, "ABŞ pulu israf etməyəcək" (yəni Hondurasa maliyyə yardımını kəsəcək) və Azuranın qalib gəlməsinin qarşısını almaq üçün nəticələri saxtalaşdırmağa çalışan məmurlar "buna görə çox pul ödəyəcəklər".

Nəsrulla, Azura kimi, siyasi sağçıları təmsil etsə də, Tramp onun namizədliyinə qəti şəkildə qarşı olub.

Hondurasdan indi Çindən uzaqlaşmaq istiqamətində bir yol seçməsi gözlənilir. Azura bunu edəcəyinə söz verib. Onun seçki kampaniyası vədlərinə həmçinin "dost ölkələrin üçbucağı" adlandırdığı ABŞ, Tayvan və İsrail ilə münasibətlərin yaxşılaşdırılması da daxildir.

Bizə qoşulun