Medianews.az
Nazirlik bu kitaba
103 baxış

Nazirlik bu kitaba qadağa qoydu

"Elm və Təhsil Nazirliyi çox qəribə və izahı çətin bir qərar qəbul edib: Donna Deyl Karneginin “Yeniyetmə qızlar: Dostları necə qazanmalı və insanlara necə təsir etməli” kitabının məktəb kitabxanalarına alınmasına qadağa qoyulub".

Medianews.az xəbər verir ki, bunu “Qanun” Nəşrlər Evinin direktoru Şahbaz Xuduoğlu bildirib.

Onun  sözlərinə görə, nazirlik yanında fəaliyyət göstərən hansısa komissiya bu kitabı məqsədəuyğun hesab etməyib.

“Açığı, bu qərar mənə nəinki qəribə, hətta anti-insani və qızlara qarşı ədalətsiz bir addım kimi təsir etdi. Karneginin əsərləri uzun illərdir ki, bütün dünyada insan münasibətlərini, sosial bacarıqları, yumşaq gücü və şəxsi inkişafı öyrədən əsas mənbələrdən biridir. Onun kitabları demək olar ki, bütün dillərə tərcümə olunub və geniş istifadə edilir. Mən əminəm ki, Elm və Təhsil Nazirliyində çalışan mütərəqqi insanlar da Karnegidən yararlanıblar.

Bəs indi nə baş verdi?

Bu qadağa niyə və hansı məntiqlə tətbiq olunur?

Əgər kitab “yeniyetmə qızların” deyil, “oğlanların necə dost qazanması” haqqında olsaydı, yəqin ki, belə qadağa qoyulmazdı”, - deyə Ş.Xuduuğlu etirazını ifadə edib.

Onun fikrincə, bu qadağa qadınlara ikinci dərəcəli insan kimi yanaşma görüntüsü yarada bilər.

Bizə qoşulun