İran ABŞ və İsrailin Nətənz nüvə obyektinə hücum təşkil etdiyini açıqlayıb.
Medianews.az xəbər verir ki, bununla bağlı İranın Atom Enerjisi üzrə Beynəlxalq Agentliyindəki (AEBA) nümayəndəsi Rza Nəcəfi məlumat yayıb.
O bildirib ki, hücum zamanı Nətənzəki nüvə infrastrukturu hədəf alınıb.
Obyektə dəymiş zərərin miqyası barədə hələlik məlumat verilməyib.
Xatırladaq ki, İsrail 13 iyun 2025-ci ildə başlayan və 12 gün davam edən hərbi əməliyyatlar zamanı İranın müxtəlif şəhərlərindəki strateji obyektlərə, o cümlədən nüvə müəssisələrinə zərbələr endirib. ABŞ isə 22 iyunda Nətənzla yanaşı, Fordo və İsfahandakı nüvə obyektlərinə hücum həyata keçirib.
Medianews.az