Mütəxəssis Aleksandr Kalyujin bildirib ki, şəkərli diabet birdən-birə yaranmır və əsasən həyat tərzi ilə bağlı uzunmüddətli dəyişikliklər nəticəsində formalaşır.
Medianews.az xəbər verir ki, onun sözlərinə görə, həddindən artıq kalori qəbulu, şirin içkilər, rafinə olunmuş karbohidratlar və böyük porsiyalar mədəaltı vəzini yükləyir. Bu da, zamanla insulin müqavimətinə səbəb olur.
Mütəxəssis həmçinin az hərəkətlilik, xroniki stress, yuxusuzluq, siqaret və alkoqol istifadəsinin də diabet riskini artırdığını bildirib.
Həkim vurğulayıb ki, diabetə adətən tək bir vərdiş deyil, balanssız qidalanma və passiv həyat tərzinin birləşməsi səbəb olur.
Medianews.az