Medianews.az
Misir Mərdanov ilk sevgisindən
180 baxış

Misir Mərdanov ilk sevgisindən DANIŞDI

Keçmiş təhsil naziri Misir Mərdanov şəxsi həyatı ilə bağlı maraqlı açıqlama verib.

Milli.Az xəbər verir ki, o, ilk sevgisindən danışaraq tələbəlik illərinə qayıdıb.

M.Mərdanov bildirib ki, gənclik dövründə sevgisi olub və bunu inkar etməyə əsas görmür:

"Əlbəttə, olub. Bu barədə danışmamaq üçün səbəb yoxdur. Tələbəlik illəri idi, amma düzünü desəm, qarşılıqsız bir sevgi idi. Qarşılığını görmədikdən sonra o hisslərdən vaz keçməli oldum".

Keçmiş nazir qeyd edib ki, illər sonra, artıq ailə qurduqdan və övlad sahibi olduqdan sonra həmin insanla yenidən qarşılaşıblar:

"Maraqlıdır ki, ailə qurandan, uşaqlarım olandan sonra bir daha görüşümüz oldu. Allah rəhmət eləsin, o da heç vaxt büruzə verməyib. Aramızda sadəcə salamımız və qarşılıqlı hörmət olub".

Misir Mərdanovun bu səmimi etirafları sosial mediada maraqla qarşılanıb və müzakirələrə səbəb olub.

Bizə qoşulun