Medianews.az
Məşhur müğənni səhnədə yıxıldı -
300 baxış

Məşhur müğənni səhnədə yıxıldı - VİDEO

1990-cı illərin unudulmaz mahnıları ilə tanınan türkiyəli müğənni Çelik Erişçi konsert zamanı səhnədə yaşadığı bədbəxt anla gündəmə gəlib.

Medianews.az xəbər verir ki, məşhur müğənni hərəkət etdiyi an bir rəqqasəyə dəydikdən sonra tarazlığını itirib və yerə yıxılıb.

Hadisəyə baxmayaraq, sənətçi ifasını dayandırmadan davam edib.

Hadisə sosial şəbəkələrdə sürətlə yayılıb. Çelik isə sözügedən görüntüləri öz sosial media hesabında paylaşaraq vəziyyəti yumora çevirib.

O, paylaşımına belə bir şərh əlavə edib: "Bəli, səhnədə yıxıldım. Qeybət itlərindən əvvəl dərc edim ki, əylənək".

Müğənninin paylaşımı qısa müddətdə böyük maraq toplayıb. Sosial media istifadəçiləri Çelikin özünə gülmə bacarığını tərifləyərək sənətçiyə dəstək veriblər.

Medianews.az

Bizə qoşulun