"Fənərbaxça"nın kapitanı Mert Hakan Yandaş beynəlxalq oyun fasiləsindən istifadə edərək Ümrə ziyarətinə gedib.
Medianews.az xəbər verir ki, təcrübəli futbolçu Kəbədə gəzərkən bir şəxs onu tanıyaraq mobil telefonla lentə alıb və səsləndirdiyi ifadələrlə diqqət çəkib.
Kəbədə ibadət edən futbolçunu görən bir Türkiyə vətəndaşı onu videoya çəkərək yüksək səslə: "Mert Hakan Yandaş, alqışlar!" – deyə qışqırıb.
Videoda futbolçunun əvvəlcə çəkən şəxsə əl yellədiyi, daha sonra sakitlik işarəsi üçün əli ilə jest etdiyi görünür. Qısa müddətdə sosial mediada yayılan görüntülər geniş maraq doğurub.
Medianews.az