Medianews.az
"Mənim ən yaxınım, böyük ağrı ilə deyirəm ki, dünyasını dəyişdi"
172 baxış

"Mənim ən yaxınım, böyük ağrı ilə deyirəm ki, dünyasını dəyişdi"

“Tanrı insana çox şeyləri açıq verib. Sadəcə iki şeyi qapadıb. Bir gün açılsa bilmirəm bu həyatda nələr baş verəcək. Nəyə görə biz dünyaya gəlirik?- “Həyat” sözü... Nəyə görə biz bu dünyadan köçürük? “Ölüm” sözü... Bunları biz bilmirik və bilməyəcəyik də..Mənim ən yaxınım, böyük ağrı ilə deyirəm ki, dünyasını dəyişdi. Bu həyat yoldaşım Vahidə xanım idi. Mən hər gün səhər gözümü açıb gecə yuxuda da, yatmazdan əvvəl bu ağrını yaşayıram".

Medianews.az xəbər verir ki, bu sözləri sevilən sənətkar Fəxrəddin Manafov həyatını itirən ömür-gün yoldaşı haqqında yazıb.

"Fikirləşirəm ki artıq qəribə bir ömür başlayıb həyatımda... Mən hətta ən yaxınlarım, anama və atama belə demədiklərimi Vahidəyə deyirdim. Amma artıq bu gün bunları deyə biləcək kimsəm yoxdur".

Qeyd edək ki, Xalq artisti Fəxrəddin Manafovun həyat yoldaşı Vahidə Manafova 2021-ci ildə uzun sürən xəstəlikdən sonra dünyasını dəyişib.

Bizə qoşulun