İtaliyanın paytaxtı Romanın mərkəzində məşhur "Louis Vuitton" brendinin mağazası qarət olunub.
Oxu.az ANSA agentliyinə istinadən xəbər verir ki, hadisə noyabrın 17-nə keçən gecə baş verib.
Məlumata görə, ən azı üç maskalı şəxs lüks mağazanın anbarına daxil olaraq, bütün malları aparıblar.
Oğurlanan malların dəyəri hələ də müəyyən edilməyib. Hadisə yerində araşdırmalar aparılır.
Xəbərdə bildirilir ki, bu, Romada dəbdəbəli mağazaların qarət edildiyi ilk hadisə deyil. Soyğunçular daha əvvəl "Fendi" və "Valentino", "Bulgari" kimi məşhur brendlərin satış mərkəzlərindən bahalı zinət əşyaları oğurlayıblar.