Şotlandiyada lotereyada 100 min dollar qazanan 30 yaşlı şəxs narkotik alveri və silahlı soyğunçuluğa görə həbs olunub.
Medianews.az xəbər verir ki, Cek Tanbini adlı gənc 2014-cü ildə qalib gəlib.
O, bir neçə il ərzində bütün pulunu xərcləyib və sonra dolanışıq üçün narkotik ticarəti ilə məşğul olmağa başlayıb.
2024-cü ildə o və dostu bir mənzilə zorla daxil olaraq qadını hədələyib, pul tələb ediblər və əşyalar olan çantanı götürərək qaçıblar.
Məhkəmə Tanbinini əvvəlcə narkotik alverinə görə 5 il 5 ay müddətinə azadlıqdan məhrum edib. Daha sonra soyğunçuluq işi üzrə ona əlavə olaraq 15 ay həbs cəzası verilib.
Medianews.az