Medianews.az
“Liverpul”la oyun öncəsi “Qarabağ”a
53 baxış

“Liverpul”la oyun öncəsi “Qarabağ”a ŞOK

Misli Premyer Liqasının XVII turunda "Qarabağ" doğma meydan "Kəpəz"i qəbul edib.

Medianews.az xəbər verir ki, "Azərsun Arena"da keçirilən oyun sürpriz nəticə ilə yadda qalıb. "Kəpəz" "Qarabağ"a qalib gəlib - 2:0.

Beləliklə xallarının sayını 12-yə çatdıran Gəncə klubu turnir cədvəlinin 10-cu pilləsinə yüksəlib. "Qarabağ" isə 36 xalla ikincidir.

Qeyd edək ki, turun daha əvvəl baş tutan görüşlərində "İmişli" "Araz-Naxçıvan"la (2:2), "Neftçi" isə "Zirə" (0:0) ilə heç-heçə edib. “Qəbələ” isə səfərdə “Şamaxı”nı 4-0 məğlub edib.

Bizə qoşulun