Rusiyanın xarici işlər naziri Sergey Lavrov Hindistanda keçirilən mətbuat konfransı zamanı ona mane olan jurnalistə irad bildirib.
Medianews.az xəbər verir ki, çıxış zamanı bir jurnalistin səsi və cihazı Lavrovun nitqinə mane olub.
Nazir əvvəlcə jurnalistdən zalı tərk etməyi xahiş edib.
Daha sonra eyni vəziyyət təkrarlananda Lavrov mühafizəyə müraciət edərək jurnalistin zaldan çıxarılmasını istəyib. O, zarafatla “əgər söndürməsəniz, mühafizə silah çıxaracaq” ifadəsini işlədib.
Medianews.az