“Rusiya ümid edir ki, ABŞ Venesuela yaxınlığında tankerin saxlanmasını izah edəcək”.
Medianews.az xəbər verir ki, bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov deyib.
“Mən çox ümid edirəm ki, Birləşmiş Ştatlar bu cür əməliyyatları həyata keçirmək hüququna malik olduqlarına inanmalarına baxmayaraq, beynəlxalq ictimaiyyətin digər üzvlərinə hörmət edərək, bu cür addımlar atdıqları faktları bir şəkildə izah edəcəklər”, - diplomat qeyd edib.
Medianews.az