Medianews.az
Parlamentin iclasına belə gəldi -
305 baxış

Parlamentin iclasına belə gəldi - VİDEO

İspaniyada ifrat sağçı “Vox” Partiyasının üzvü Virciniya Martinez ictimai yerlərdə üzü tam örtən İslam geyimlərinin qadağan olunmasını nəzərdə tutan təklifi diqqətə çatdırmaq üçün parlamentə niqaba bənzər geyimdə gəlib.

Medianews.az xəbər verir ki, bu addım parlamentdə gərginlik və müzakirələrə səbəb olub.

Martinez Mursiya Regional Parlamentində müvafiq qanun layihəsinin müzakirə edildiyi iclasa üzünü və bədənini tam örtən geyimdə qatılıb. Parlamentin sədri Miryam Fuertes onun bu geyimlə çıxış etməsinə icazə verməyərək paltarını dəyişməsini tələb edib.

Martinez isə buna etiraz edərək, parlamentdə qadağan edilən geyimin ictimai yerlərdə də qəbul edilməməli olduğunu bildirib. Daha sonra örtüyünü çıxararaq çıxış edən deputat bu cür geyimlərin qadın azadlığı ilə ziddiyyət təşkil etdiyini iddia edib.

Hökumət rəsmiləri Martinezin davranışını tənqid edib, “Vox”un qadağa təklifi isə digər partiyalar tərəfindən dəstəklənməyib. Buna baxmayaraq, hadisə sosial mediada geniş rezonans doğurub.

Medianews.az

Bizə qoşulun