Rumıniyada nadir və təhlükəli cüzam xəstəliyi yayılıb.
Medianews.az xəbər verir ki, bu barədə Oxu.Az məlumat verib.
Bildirilib ki, xəstəlik ilk olaraq İndoneziyadan qayıdan qızda aşkar edilib. Sonra daha üç nəfərin sözügedən xəstəliyin daşıyıcısı olmasına dair şübhələr yaranıb.
Məlumata görə, dörd nəfərin hamısı Kluj-Napokadakı bir SPA mərkəzində masajçı işləyiblər.
Yerli mətbuatın yaydığı xəbərə görə, qadınlardan ikisi İndoneziyadan qayıtdıqdan dərhal sonra Rumıniya xəstəxanasında müalicə alıb.
Təhlükəli xəstəliyə yoluxanların işlədikləri mərkəz bağlanılıb, epidemioloji araşdırma aparılır. Ərazi dezinfeksiya olunub və işçilərin müayinəsi təşkil edilib.