Türkiyəli müğənni Güllünün qızı Tuğyan Ülkem Gülter qəsdən adam öldürmə ittihamı ilə həbs edilib.
Medianews.az xəbər verir ki, məhkəmə qərarı ilə Gülter həbsxanaya göndərilib.
Hadisə zamanı onunla eyni otaqda olan rəfiqəsi Sultan Nur Ulu isə ev dustaqlığına məhkum edilib.
İstintaq çərçivəsində saxlanılan Arif Ulu və iki digər şəxs isə dəlil çatışmazlığı səbəbindən sərbəst buraxılıb.
Qeyd edək ki, Güllü 26 sentyabrda Yalovadakı evinin pəncərəsindən yıxılaraq vəfat edib. Tuğyan Ülkem Gülterin anasının ölümünü istədiyinə dair mesajları ortaya çıxıb və bu səbəbdən şübhəli bilinib.
Medianews.az
