Medianews.az
Laricani Trampı qatil adlandırdı
132 baxış

Laricani Trampı qatil adlandırdı

İran ali rəhbərinin ölkənin Milli Təhlükəsizlik Şurasındakı təmsilçisi Əli Laricani ABŞ Prezidenti Donald Trampı “İran xalqının əsas qatillərindən biri” adlandırıb.

Medianews.az bildirir ki, Laricani bu sözləri Tramp İranda etiraz aksiyaları iştirakçılarına qarşı qətliama görə rəsmi Tehranın nümayəndələri ilə görüşü ləğv edəndən və iranlıları etirazı gücləndirməyə, dövlət binalarını ələ keçirməyə çağırandan sonra  “X” platformasında yazıb.

Əli Laricani “İran xalqının qatilləri” sırasında Trampdan sonra İsrailin baş naziri Benyamin Netanyahunun adını çəkib.

Medianews.az

Bizə qoşulun