Medianews.az
Küveytdə ABŞ-yə məxsus 3 F-15 qırıcı təyyarəsi
169 baxış

Küveytdə ABŞ-yə məxsus 3 F-15 qırıcı təyyarəsi qəzaya uğradı

Küveyt hava məkanında ABŞ-yə məxsus üç ədəd F-15 qırıcı təyyarəsi qəzaya uğrayıb.

Medianews.az xəbər verir ki, ilkin məlumatlarda bir təyyarənin düşdüyü bildirilsə də, sonradan sayın üç olduğu dəqiqləşib.

Hadisə zamanı pilotlar katapult oturacağından istifadə edərək təyyarəni tərk ediblər. Yayılan görüntülərdə paraşütlə eniş edən pilotların daha sonra hərbi qruplar tərəfindən təhlükəsiz əraziyə aparıldığı əks olunub. İlkin məlumata görə, ekipaj üzvlərinin həyati təhlükəsi yoxdur.

Küveyt Ordusunun açıqlamasında “ABŞ-yə məxsus bir neçə döyüş təyyarəsi qəzaya uğrayıb, bütün ekipaj sağ xilas edilib” deyə bildirilib. Qəzanın səbəbi ilə bağlı rəsmi məlumat verilməyib.

Hadisənin texniki nasazlıq, hava hücumundan müdafiə sistemi və ya hərbi toqquşma nəticəsində baş verdiyi barədə müxtəlif ehtimallar irəli sürülür. Lakin bu versiyalardan heç biri hələlik rəsmi şəkildə təsdiqlənməyib.

Qeyd edək ki, F-15 qırıcıları ABŞ-nin ən güclü hava üstünlüyü təyyarələri sırasında yer alır. Eyni gündə üç təyyarənin qəzaya uğraması regionda hava təhlükəsizliyi ilə bağlı risklərin artdığını göstərir. Ekspertlər münaqişənin genişlənəcəyi təqdirdə Körfəz bölgəsində hava məkanının daha həssas ola biləcəyi barədə xəbərdarlıq edirlər.

Medianews.az

Bizə qoşulun