Türkiyənin məşhur serialı “Kurtlar Vadisi”nin unudulmaz simaları uzun illərdən sonra yenidən birlikdə görüntüləniblər.
Medianews.az xəbər verir ki, Abuzer Kömürcü obrazı ilə yadda qalan Məhəmməd Cangören və onun serialdakı oğlu Erdalı canlandıran Sefa Zengin aradan keçən uzun fasilədən sonra bir yerə gəliblər.
Paylaşımda iki məşhur aktyorun eyni tərzdə geyinərək poza verməsi sosial şəbəkələrdə sürətlə yayılıb. Foto izləyicilərdə güclü nostalji hiss yaradıb və serialın illər əvvəl iz qoyan səhnələrini yenidən gündəmə gətirib.
Qeyd edək ki, “Kurtlar Vadisi” 2003-cü ildə yayımlanmağa başlayaraq dörd mövsüm ərzində Türkiyənin ən çox danışılan ekran işlərindən birinə çevrilmişdi. Abuzer Kömürcü və Erdal obrazları isə serialın fenomenal və ən çox xatırlanan personajları sırasında yer alır.
İllər sonra baş tutan bu görüş həm aktyorların pərəstişkarlarını sevindirib, həm də sosial mediada geniş rezonans doğurub. Foto müxtəlif platformalarda sürətlə paylaşılaraq minlərlə bəyənmə toplayıb.
Medianews.az
