"Barselona"nın və İspaniya millisinin müdafiəçisi Pau Kubarsi, DÇ-2026-nın yarımfinalında Fransa yığmasının hücumçusu Kilian Mbappe ilə gözlənilən dueli barədə danışıb.
Medianews.az xəbər verir ki, gənc müdafiəçi rəqibinin gücünü etiraf etsə də, ondan çəkinmədiyini vurğulayıb:
"Kilian Mbappe məni qorxutmur. Lakin onun keyfiyyətlərinə hamı bələddir. Meydanda o qədər də nəzərə çarpmasa belə, tək bir hərəkətlə hər şeyi tamamilə dəyişə bilər. O da Lamin Yamal kimi unikal bir oyunçudur. Buna görə də oyunun bütün 90 dəqiqəsi ərzində maksimum konsentrasiyanı qorumalıyıq".
Qeyd edək ki, İspaniya və Fransa milliləri dünya çempionatının yarımfinal mərhələsində qarşılaşacaqlar. Nəhənglərin qarşıdurması iyulun 14-də, Bakı vaxtı ile saat 23:00-da start götürəcək.
Medianews.az