AFFA-nın vitse-prezidenti və İcraiyyə Komitəsinin üzvü Könül Mehdiyeva UEFA-dan növbəti təyinat alıb.
UEFA Avropa Liqasının Liqa mərhələsi çərçivəsində keçiriləcək "Panatinaikos" (Yunanıstan) - "Roma" (İtaliya) oyununun UEFA nümayəndəsi olacaq.
Görüş yanvarın 29-da Afina şəhərində yerləşən Olimpiya Stadionunda keçiriləcək.