Fransanın Nitsa şəhərində çeçen kişi 39 yaşlı keçmiş arvadını öldürüb və 17 yaşlı qızına çoxsaylı bıçaq zərbələri vurub.
Medianews.az xəbər verir ki, noyabrın 4-də baş verib. Bu barədə Fransanın "Nice-matin" qəzeti yazıb. Nəşrə görə, qız ağır vəziyyətdə xəstəxanaya yerləşdirilib.
"Hadisələr gecə saat 14:00 radələrində Nitsanın Moulins rayonunda baş verib", - məlumatda deyilir. KİV-in məlumatına görə, hücum qurbanın üç yaşlı qızının gözü qarşısında baş verib.
Alpes-Maritimes prokurorluğu şübhəlinin elə həmin gün polis tərəfindən saxlanıldığını təsdiqləyib. Hadisə ilə bağlı cinayət işi açılıb.
Həmçinin bildirilir ki, 2023-cü ilin dekabrında həmin şəxs artıq məişət zorakılığına görə məsuliyyətə cəlb edilib, bundan sonra məhkəmə nəzarətinə götürülüb və 2024-cü ilin mayında azad edilib.
Mərhumun tanışı “Instagram”da bildirib ki, şübhəli şəxs və onun ailəsi əvvəllər uşaqların Fransadan Çeçenistana getməsinə qadağa qoyublar.
Medianews.az