Medianews.az
Kamran Bayramovun ilkin vəziyyəti
89 baxış

Kamran Bayramovun ilkin vəziyyəti məlum olub

Türkiyənin Antalya şəhərində Türk Dünyası Parlamentlərarası beynəlxalq futbol turnirində zədələnən Milli Məclisin deputatı Kamran Bayramovun ilkin vəziyyəti məlum olub.

Medianews.az xəbər verir ki, turnirdə iştirak edən yığmanın kapitanı Fazil Mustafa Oxu.az-a açıqlamasında deyib ki, Kamran Bayramov hazırda xəstəxanadadır:

"İlkin məlumata görə, çarpaz bağlarında qopma var. Rentgen və MRT müayinəsindən keçir. Ümid edək ki, yaxşı olacaq. Görünür ki, əməliyyatlıq məsələdir".

F.Mustafa qeyd edib ki, həmkarının zədələnməsi onların oyununa da təsir edib:

"Kamran müəllimin zədələnməsi oyunumuza təsir etdi. Mənim də sağ ayağım zədəli idi. Çətinliklə oyunlara çıxırdım".

Bizə qoşulun