Medianews.az
İstanbulda uçuşlar
72 baxış

İstanbulda uçuşlar ləğv edildi

İstanbulun bütün rayonlarında mövsümün ilk güclü qar yağışı qeydə alınıb. Şəhərin əksər hissələri bazar günü günortadan sonra qısa müddətdə ağ örtüklə örtülüb.

BAKU.WS xəbər verir ki, məlumata görə, qar yağışı güclü küləklə müşayiət olunur. Sinoptiklər hər kvadratmetr əraziyə 3–7 kiloqram qar düşəcəyini proqnozlaşdıraraq, yollarda və nəqliyyatda fasilələrin yarana biləcəyi barədə xəbərdarlıq ediblər.

Güclü hava şəraiti İstanbulun şərqində yerləşən Sabiha Gökçen Hava Limanında da problemlərə səbəb olub. Belə ki, fırtına səbəbindən 38 reys ləğv edilib.

Türkiyənin Meteorologiya Baş İdarəsi isə Mərmərə dənizi ətrafında bazar və bazar ertəsi günləri küləyin sürətinin saatda 75 kilometrədək çatacağı barədə xəbərdarlıq yayıb.

Bizə qoşulun