İsrailin müdafiə naziri İsrael Katz İranın keçmiş lideri ayətullah Əli Xameneinin ölümündən sonra ölkənin növbəti ali lideri olacaq hər kəsi öldürməklə hədələyib.
Musavat.com xəbər verir ki, nazir bu barədə “X” sosial şəbəkəsində yaydığı bəyanatda bildirib:
“İran rejimi tərəfindən İsraili məhv etmək, ABŞ-a, azad dünyaya və bölgə ölkələrinə təhdid yaratmaq, həmçinin iran xalqını boğmaq məqsədilə təyin olunacaq hər bir lider, qeyd-şərtsiz məhv edilməli hədəf olacaq”.