İsrail hərbçiləri Livanın cənub rayonlarına yeni zərbələr endirib, “Hizbullah” təşkilatının hərbi obyektlərini hədəf alıblar.
Medianews.az xəbər verir ki, bu barədə ordunun mətbuat xidməti məlumat yayıb.
Bildirilib ki, gün ərzində ordu Məzraat-Abudiya yaşayış məntəqəsində “Hizbullah”ın bir neçə maşınına hücum edib.
“Hizbullah” silahlı birləşmələrinin üzvü məhv edilib, rayonların bir hissəsində isə tanklara qarşı raketlərin saxlandığı anbarlar və digər hərbi təyinatlı binalar da daxil olmaqla, hərbi infrastrukturu məhv etmək məqsədi ilə zərbələr endirilib.