Bu gün Günəşdə ən yüksək sinfə aid - "X" səviyyəli güclü alışma qeydə alınıb.
Medianews.az xəbər verir ki, bu barədə Rusiya Elmlər Akademiyasının Kosmik Tədqiqatlar İnstitutunun Günəş Astronomiyası Laboratoriyası məlumat yayıb.
Məlumata görə, qarşıdakı günlərdə bu partlayışların Yerə təsirləri olacaq.
"Partlayış mərkəzi fevralın 3-ü, çərşənbə axşamından fevralın 7-si, şənbə gününə qədər Yerə birbaşa təsir zonasında olacaq", - deyə bildirilib. Qeyd edilib ki, bu dövrdə Günəşdəki aktivliyin Yerə təsirinin artacağı ehtimal edilir.
Xatırladaq ki, fevralın 1-i səhər saatlarında Günəşdə M sinfinə məxsus üç partlayış qeydə alınmışdı./publika.az