Medianews.az
İrəvanda bu ölkənin də BAYRAĞI yandırıldı –
93 baxış

İrəvanda bu ölkənin də BAYRAĞI yandırıldı – SİFARİŞÇİ Moskvamı?

Azərbaycana qarşı müharibədə gəbərdilmiş erməni quldur-terrorçuların basdırıldığı İrəvanın “Yerablur” panteonunda Ukrayna əleyhinə aksiya keçirilib. Aksiya zamanı bu ölkənin bayrağı yandırılıb. Motiv kimi Volodomir Zelenskinin Ermənistana səfəri göstərilir, amma...

“Burada Ukraynanın göndərdiyi fosforlu silahlarla yandırılan qardaşlarımız əbədi yuxuya gedib (Guya 2-ci Qarabağ müharibəsi zamanı Ukrayna Azərbaycana fosforlu bombalar verib – Z.S.). Bu gün isə həmin ölkənin prezidenti bura fəxri qonaq kimi gəlib. Biz bu rüsvayçılığın iştirakçısı olmaq niyyətində deyilik” - Təxribatı törədən hay bildirib.

Bəllidir ki, Ukrayna lideri Avropa Siyasi Birliyinin sammiti çərçivəsində etdiyi çıxışı zamanı Rusiyaya ünvanlı tikanlı ifadələr işlətmiş, hətta 9 may günü Moskva paradına Ukrayna dronlarının “qonaq gələ biləcəyinə“ işarə vurmuşdu. İstisna deyil ki, bu aksiya həm də elə Rusiyadan gələn göstərişlə reallaşıb.

irevanda-ukrayna-bayragi-yandirildi

Daha bir səbəb qismində dünən Ermənistanla Avropa Birliyi arasında imzalanan 44 maddəlik bəyannaməni göstərmək olar. Sənədin 8-ci bəndi məhz Ukrayna ilə bağlıdır. Orada deyilir: “Biz BMT Nizamnaməsinin və beynəlxalq hüququn prinsiplərinə əsaslanan Ukraynada hərtərəfli, ədalətli və davamlı sülhə nail olmaq üçün bütün səyləri dəstəkləyirik. AB Rusiyanın Ukraynaya qarşı təcavüzkar müharibəsi ilə bağlı prinsipial mövqeyini və Ukraynanın beynəlxalq səviyyədə tanınmış sərhədləri daxilində müstəqilliyinə, suverenliyinə və ərazi bütövlüyünə dəstəyini bir daha təsdiqlədi”.

Siyasi müşahidəçilər bu bəndin Ermənistanın Rusiyaya qarşı cəbhədə yer alması anlamına gəldiyini deyirlər...

Başqa yandan, ermənilər bayraq yandırmağı sevən xəstə millət. Az öncə Türkiyə və Azərbaycan bayraqlarına od vurmuşdular. Əlbəttə ki, bu – gücsüzlüyün və çarəsizliyin təzahürü. Terrorun bu toplumda populyar olmasının bir mühüm səbəbi də bu. Ləyaqətli, vicdanlı mübarizə, özünütənqid anlayışları onların leksikonunda yoxdur. Əvəzində maniakalcasına özlərinə saxta qəhrəmanlıq tarixi, miflər uydurub onlara inanmağı və nəsildən-nəslə ötürməyi sevərlər.

Hələ də bu ölkənin konstitusiyalarında qonşu Azərbaycan və Türkiyəyə qarşı ərazi iddiaları qalır, gerblərində başqa dövlətə məxsus dağın (Ağrı) əksi var – hərçənd, Baş nazir Nikol Paşinyan, parlament sədri Alen Simonyan bunun dəyişdirilməsinin vacibliyinə zaman-zaman eyhamlar vurublar, dövlət himinin terrora çağıran mətninə bəzi düzəlişlər ediblər. Ehtimal ki, hakim partiyanın seçkilərdəki qələbədən sonra bu məsələlərin həllini reallaşdıracaqlar...

Qayıdaq aksiyaya. Əsas hədəf, şübhəsiz, Rusiyaya reverans eləməkdir. Yəni ki, bu ölkədə heç də hamı Paşinyan hökumətinin mövqeyini bölüşmür. Ancaq Moskva yəqin ki, 7 iyun seçkilərinin nəticələrini gözləyək. Onadək nə Ermənistana satdığı ucuz qazı bahalaşdıracaq, nə də iqtisadi-maliyyə xarakterli başqa sanksiyalara əl atacaq.

Çünki belə kontr-tədbirlər bumeranq effekti doğura bilər. Yəni, erməni ictimai rəyində Rusiyaya onsuz da zəif olan rəğbəti daha da sarsıdar. Üstəlik, Paşinyan hökuməti indi Azərbaycandan neft məhsulları ilə yanaşı, təbii qaz da almaq, ümumiyyətlə, iki əsas qonşusu hesabına Rusiyadan iqtisadi-ticari asılılığı azaltmaq imkanlarına sahibdir.

Erməni mediasının yazdığına görə, bu barədə Azərbaycanın Baş nazir müavini Şahin Mustafayevin rəhbərlik elədiyi nümayəndə heyətinin son İrəvan səfəri zamanı müzakirə də aparılıb. Məlumdur ki, heyətdə biznes nümayəndələri də olub.

Bütün hallarda bir ay gözləyək...

Zahid SƏFƏROĞLU

Bizə qoşulun