ABŞ Prezidenti Donald Tramp İranın son hərbi qarşıdurma zamanı ciddi itkilərə məruz qaldığını bildirib.
Onun sözlərinə görə, zənginləşdirilmiş material ehtiyatlarının ölkədən çıxarılması ilə bağlı texniki danışıqlara yaxın zamanda start veriləcək.
Tramp qeyd edib ki, İranın yenidən qurulmasına yönələcək iqtisadi dəstək və investisiyalar rəsmi Tehranın gələcək addımlarından asılı olacaq.
ABŞ lideri iddia edib ki, müharibə nəticəsində İrana 1 trilyon dollardan artıq ziyan dəyib və ölkənin əvvəlki potensialını bərpa etməsi uzun müddət tələb edəcək.
“İranın mövcud imkanlarını yenidən formalaşdırması üçün təxminən 15-20 il lazım ola bilər. Gələcək proseslər onların atacağı addımlardan asılıdır”, – deyə Tramp bildirib.
18.06.2026, 06:47
98
baxış
Zara Editor