Medianews.az
İrana hücum nə vaxt başlaya bilər? –
62 baxış

İrana hücum nə vaxt başlaya bilər? – İlkin vaxt açıqlandı

Vaşinqton İran ərazisində məhdud və hədəfli hücumlar həyata keçirməyi nəzərdən keçirir.

Medianews.az xəbər verir ki, bu barədə “Middle East Eye” nəşri Fars körfəzi ölkələrindən birindəki mənbəyə istinadən xəbər yayıb.

Mənbənin bildirdiyinə görə, mümkün hücum bu həftənin əvvəlində baş verə bilər, lakin konkret vaxt hələ də müzakirə mövzusudur. Eyni zamanda ABŞ administrasiyası daxilində İranın verə biləcəyi mümkün cavabla bağlı müzakirələrin “xaotik” xarakter daşıdığı qeyd olunur.

Bu məlumatlar fonunda “The New York Times” qəzeti də Pentaqonun bölgədə hərbi mövcudluğunu artırdığını yazıb. Nəşrin məlumatına əsasən, ABŞ Yaxın Şərqə təxminən 12 ədəd F-15E qırıcı təyyarəsi, eləcə də “Patriot” və “THAAD” hava hücumundan müdafiə sistemləri göndərib.

Bizə qoşulun