Medianews.az
İran müharibəsi: hansı ölkə neçə adam itirib?
123 baxış

İran müharibəsi: hansı ölkə neçə adam itirib?

Fevralın 28-də ABŞ və İsraillə İran arasında başlanan və region ölkələrini də əhatə edən müharibədə öldürülənlərin sayı ilə bağlı son rəqəmlər açıqlanıb.

Medianews.az CNN kanalına istinadla bildirir ki, İranda təxminən 1300 mülki şəxs, 200-ə yaxın hərbçi həlak olub.

İsraildə azı 12 mülki şəxs öldürülüb. Bundan başqa, Livandakı əməliyyatlarda İsrailin 2 əsgəri həlak olub.

İsrailin zərbələri nəticəsində Livanda azı 570 nəfər öldürülüb.

İraqda İranı dəstəkləyən silahlı qruplaşmanın 18 üzvü, İrana qarşı çıxan kürd silahlı qruplaşmasının isə 3 üzvü öldürülüb. İraqın Kürdüstan Regional Hökumətinin 1 təhlükəsizlik əməkdaşı da həlak olub.

ABŞ 7 əsgər itirib.

Küveytdə 2 hərbçi, 2 təhlükəsizlik əməkdaşı öldürülüb.

Birləşmiş Ərəb Əmirliklərində azı 6 nəfər həlak olub, onların arasında Pakistan, Nepal və Banqladeş vətəndaşları da var.

Səudiyyə Ərəbistanında öldürülənlərin sayı 2 nəfərdir.

Bəhreyndə də 2 nəfər həlak olub.

Oman sahilləri yaxınlığında neft tankerinə hücum zamanı gəmidə işləyən 1 Hindistan vətəndaşı həlak olub.

Çin Xarici İşlər Nazirliyi İranda 1 Çin vətəndaşının həlak olduğunu bəyan edib.

Statistika vəziyyəti tam əks etdirmir və müharibədə öldürülənlərin ümumi sayının daha çox olduğu güman edilir.

Medianews.az

Bizə qoşulun