Medianews.az
İran İtaliya hərbçilərini VURDU -
143 baxış

İran İtaliya hərbçilərini VURDU - Meloni təcili iclas keçirdi

İtaliyanın Baş naziri Corcio Meloni hökumətin Küveytdəki 300 italyan  əsgərinin yerləşdiyi hərbi bazaya hücumu təsdiqləməsindən sonra təcili kabinet iclası keçirib.

Musavat.com xəbər verir ki, İtaliya hökuməti hücumda heç bir itki olmadığını təsdiqləyib.

Fars xəbər agentliyi İslam Respublikasının bölgənin ərəb ölkələrindəki dörd ABŞ bazasına ballistik raket zərbələri endirdiyini təsdiqləyib.

Bu raket hücumlarının hədəfləri Qətərdəki Əl-Ədid hava bazası, Küveytdəki Əli Salam hava bazası, BƏƏ-dəki Əl-Zəfər hava bazası və Bəhreyndə ABŞ-ın Beşinci Donanma bazası olub.

Bizə qoşulun