“İranın İslam İnqilabı Keşikçiləri Korpusu İsrailin Meksikadakı səfiri Eynat Krantz Neygerə qaşı sui-qəsd planlaşdırıb”.
“Qafqazinfo” “Reuters”ə istinadən xəbər verir ki, bu barədə adı açıqlanmayan ABŞ rəsmisi söyləyib.
Səfirə qarşı sui-qəsdə hazırlıqların ötən ilin sonlarından bu ilin birinci yarısınə qədər davam etdiyi bildirilib.
“Sui-qəsd cəhdinin qarşısı alınıb və hazırda təhlükə yoxdur. Bu, İranın diplomatlara, jurnalistlərə, müxaliflərə və onlarla razılaşmayan hər kəsə qarşı qlobal hücumlar tarixində sadəcə sonuncu nümunədir, bu da İranın təmsil olunduğu hər bir ölkəni dərindən narahat etməlidir”, - rəsmi deyib.
Sözügedən cəhdin qarşısının alınması əməliyyatının təfərrüatı açıqlanmayıb.