İran hökuməti Avropa İttifaqının (Aİ) İslam İnqilabı Keşikçiləri Korpusunu (SEPAH) terror təşkilatları siyahısına salmasına cavab olaraq, 2019-cu il tarixli "Cavab tədbirləri haqqında" qanunun 7-ci bəndinə əsasən, Aİ ölkələrinin silahlı qüvvələrini terror strukturları kimi tanıyıb.
Oxu.Az TASS agentliyinə istinadən xəbər verir ki, bu barədə İran parlamentinin spikeri Məhəmməd Baqir Qalibaf bəyan edib.
Qeyd olunan qanun 28 aprel 2019-cu il tarixində ABŞ-nin SEPAH-ı terror strukturu kimi tanıyan ilk ölkə olması ilə əlaqədar cavab tədbirləri çərçivəsində qəbul edilib.
Qanunun 7-ci bəndində deyilir: "ABŞ-nin SEPAH-ı terror təşkilatı elan etmək qərarını hər hansı şəkildə dəstəkləyən və ya ona əməl edən bütün ölkələr cavab tədbirlərinə məruz qalacaqlar".