Bu ay Xalq artisti Qədir Rüstəmovun 90 illiyidir.
Qədir Çərkəz oğlu Rüstəmov 1935-ci il noyabr ayının 20-də Ağdam rayonunda anadan olub.
O, musiqi beşiyi olan bir məkanda xanəndə kimi yetişib. Yaşadığı mühitin təbiəti, ətrafında olan insanların musiqi ilə bağlı təcrübələri Qədir Rüstəmovun ilk sənət məktəbi olub.
Orta məktəbi bitirdikdən sonra o, əvvəlcə Asəf Zeynallı adına Bakı Orta İxtisas Musiqi Məktəbində ustad-xanəndə Hacıbaba Hüseynovdan muğam dərsləri alıb. Daha sonralar isə Üzeyir Hacıbəyov adına Ağdam Orta İxtisas Musiqi Məktəbində təhsil alıb.
Medianews.az Qədir Rüstəmovun 1990-cı illərdə Prezident Heydər Əliyevlə görüş zamanı oxuduğu "Sən getdin" mahnısının videosunu təqdim edir.
Посмотреть эту публикацию в Instagram