Medianews.az
Hərəkətdə olan avtobus qəfil alovlandı -
77 baxış

Hərəkətdə olan avtobus qəfil alovlandı - VİDEO

Türkiyənin İzmir şəhərinin Konak rayonunda Mustafa Kamal Sahil Bulvarı boyunca hərəkətdə olan sərnişin avtobusunun mühərrik hissəsində yanğın baş verib.

Medianews.az xəbər verir ki, hadisə nəticəsində avtobus ziyan görsə də, xoşbəxtlikdən xəsarət alan olmayıb.

Yanğın tüstüsünü görən sürücü Ramazan Y. avtobusu dərhal yolun sağ tərəfinə çəkərək bütün sərnişinləri təxliyə edib. Hadisə yerinə cəlb olunan yanğınsöndürənlər alovu qısa müddətdə nəzarət altına alıblar.

Yanğın səbəbi hələlik məlum deyil. Hadisə səbəbilə sahil bulvarı bir müddət nəqliyyata bağlanıb. Avtobusun yoldan çıxarılmasından sonra hərəkət yenidən bərpa olunub.

Medianews.az

Bizə qoşulun