Medianews.az
Hər 1000 nəfərə 2 nəfər artırıq
96 baxış

Hər 1000 nəfərə 2 nəfər artırıq

Bu ilin ilk beş ayında Azərbaycan əhalisinin sayı 10 milyon 271 min 638 nəfərə çatıb.

Dövlət Statistika Komitəsinin hesabatına görə, yanvar-may aylarında 34056 doğum, 25511 ölüm halı, 15107 nikah, 8087 boşanma qeydə alınıb.

Medianews.az bildirir ki, 2025-ci ilin ilk beş ayı ilə müqayisədə doğum 12 faiz, nikahlar 23,4 faiz, boşanmalar 5 faiz azalıb, ölüm halları isə 1,4 faiz artıb.

Hazırda Azərbaycanda hər 1000 nəfərə 8 doğum, 6 ölüm, 2 nəfər təbii artım (doğum-ölüm nisbəti), 3,6 nikah, 1,9 boşanma düşür.

Dövlət müstəqilliyimizin bərpa olunduğu 1991-ci ildə hər 1000 nəfərə 26,6 doğum, 6,2 ölüm, 20,4 nəfər təbii artım, 10,4 nikah, 1,5 boşanma düşürdü.

Medianews.az

Bizə qoşulun