İzmirdə həbsdə olan "Cəhənnəm mələkləri" kimi tanınan mütəşəkkil cinayətkar qruplaşmanın lideri Necati Arabacının azadlığa buraxılması ilə bağlı verilən apellyasiya şikayəti qəbul edilib.
Məhkəmə onun yenidən həbsinə qərar verib.
Coşqun Necati Arabacı "cinayət törətmək üçün təşkilat qurmaq" maddələri ilə istintaqa cəlb olunub.
Coşqun Necati Arabacı oktyabrın 5-də Belqraddan Adnan Menderes hava limanına gəldikdən sonra saxlanılıb və daha əvvəl də həbs edilib.
Qeyd edək ki, "Köln atası" kimi tanınan 53 yaşlı Arabacının çirkli pulların yuyulması, narkotik və silah qaçaqmalçılığı kimi bir çox qeyri-qanuni fəaliyyətlə məşğul olduğu müəyyən edilib.
