Medianews.az
Həkimdən XƏBƏRDARLIQ:
74 baxış

Həkimdən XƏBƏRDARLIQ: Bu məhsullar bədəni səssizcə zəhərləyə bilər

Qastroenteroloq Saurab Seti gündəlik istifadə olunan bəzi qidaların sağlamlığa mənfi təsir göstərə biləcəyi barədə xəbərdarlıq edib.

Medianews.az xəbər verir ki, o, çiyələk və plastik butulkadakı su ilə bağlı diqqətli olmağı tövsiyə edib.

Həkimin sözlərinə görə, çiyələkdə pestisid qalıqları ola bilər və bu maddələr hormon sisteminə təsir göstərə bilər. Plastik butulkalarda satılan sularda isə mikroplastik hissəciklər aşkarlana bilər.

Bundan əlavə, ekspert konservləşdirilmiş balıqlarda ağır metalların, çipslərdə kanserogen birləşmələrin, ultra emal olunmuş ətlərdə isə sağlamlıq üçün arzuolunmaz maddələrin ola biləcəyini bildirib.

Qastroenteroloq vurğulayıb ki, məqsəd qorxu yaratmaq deyil, insanları daha şüurlu qida seçiminə təşviq etməkdir.

Medianews.az

Bizə qoşulun