Medianews.az
Gürcüstanda inflyasiya –
137 baxış

Gürcüstanda inflyasiya – Rəsmi

Gürcüstanın Milli Statistika Xidməti inflyasiya açıqlaması yayıb.

Medianews.az bildirir ki, rəsmi məlumata görə, fevralda istehlak qiymətləri 2025-ci ilin eyni ayı ilə müqayisədə 4,6 faiz artıb. Ərzaq və spirtsiz içkilərdə dəyər yüksəlişi 9,5 faiz, spirtli içkilər və tütün məmulatlarında 4,3 faiz, kommunal xidmətlərdə 0,2 faiz göstərilir.

Səhiyyə xidmətlərinin 5,9 faiz, təhsil xidmətlərinin 2,1 faiz, nəqliyyat xidmətlərinin 0,9 faiz, mehmanxana və ictimai iaşə xidmətlərinin 7,2 faiz bahalaşdığı, rabitə xidmətlərinin 4,6 faiz, mebel və məişət əşyalarının 2,7 faiz, geyim və ayaqqabıların 0,2 faiz, istirahət və mədəniyyət xidmətlərinin 2,1 faiz ucuzlaşdığı xəbər verilir.

Medianews.az

Bizə qoşulun