Medianews.az
Gürcüstanda ərzaq nə qədər bahalaşıb?
434 baxış

Gürcüstanda ərzaq nə qədər bahalaşıb?

Noyabrda Gürcüstanda rabitə xidmətləri 2024-cü ilin eyni ayı ilə müqayisədə 4 faiz, istirahət və mədəniyyət xidmətləri 1,5 faiz, mebel və məişət əşyaları 1,3 faiz ucuzlaşıb.

Hesabatı yayan Milli Statistika Xidməti bildirir ki, istehlak bazarında qiymətlər 4,8 faiz artıb.

Medianews.az-ın məlumatına görə, ərzaq və spirtsiz içkilərdə bahalaşma 10,3 faiz, səhiyyə xidmətlərində 8 faiz, mehmanxana və ictimai iaşə xidmətlərində 7,2 faiz, spirtli içkilər və tütün məmulatlarında 4,4 faiz, təhsil sahəsində 2,3 faiz, kommunal xidmətlərdə və nəqliyyatda 0,3 faiz göstərilir.

Medianews.az

Bizə qoşulun